Görmə Məhdudiyyətli və Zəif Görən İnsanlara üçün Gözlərimi Hədiyyə Edirik
Be My Eyes görmə məhdudiyyətli və zəif görən insanlara kömək etmək üçün yaradıldı. Tətbiq, görmə məhdudiyyətli/zəif görən insanlar və görə bilən könüllülərdən ibarət qlobal bir cəmiyyətdir. Be My Eyes, görmə ilə bağlı problem yaşayanlara görmə imkanını təqdim etmək üçün texnologiyanın gücünü və insani əlaqələri istifadə edir. Görünütülü canlı zəng vasitəsilə, könüllülər görmə məhdudiyyətli və zəif görən insanlara rənglərin uyğun olub-olmadığını, işıqların yanılı və ya sönülü olduğunu yoxlamaqda, ya da yeməyin hazırlanmasında köməkçi ola bilər. Tətbiq iOS və Android-də ödənişsiz istifadə edilə bilər.
Görmə məhdudiyyətli və zəif görən istifadəçi tətbiq vasitəsilə kömək istəyəndə, Be My Eyes bir çox könüllüyə bildiriş göndərər. Tətbiq, görmə məhdudiyyətli və zəif görən istifadəçiləri könüllülərlə dil və vaxt qurşağına əsasən əlaqələndirir. Sorğuya cavab verən ilk könüllü, sorğu tələb edən şəxsə bağlanar və onun ağıllı cihazının arxaya baxan kamerasından canlı görüntülü yayım alar. Səsli bağlantı, istifadəçinin və könüllünün məsələni birlikdə həll etməsini təmin edər.
Be My Eyes cəmiyyətinə qoşulmaq üçün Be My Eyes tətbiqini App Store və ya Google Play-dən endirin və görmə məhdudiyyətli/zəif görən istifadəçi və ya görə bilən könüllü kimi qeydiyyatdan keçin.
Be My Eyes-ı ehtiyacınız olan istənilən vaxt istifadə edəcəyiniz bir alət kimi düşünün. Tətbiq sizi, istədiyiniz vaxt sizə kömək etməyə hazır və həvəsli olan, görə bilən könüllülərdən ibarət qlobal şəbəkəyə bağlayar. Görmə məhdudiyyətli və ya zəif görən istifadəçilərə, 180-dən çox dildə, 1 milyondan çox könüllü tərəfindən əyani dəstək təqdim edilir. Be My Eyes xidmətləri tamamilə ödənişsizdir və sadəcə internet bağlantısı tələb edir. Günün istənilən vaxtında, istədiyiniz qədər zəng edə bilərsiniz; zənglərin sayında və ya müddətində heç bir limit yoxdur. İri həcmli könüllü cəmiyyətimizin köməyilə zənglərin çoxu 30 saniyə ərzində cavablanır.
Be My Eyes-ı əyani kömək tələb edən istənilən şey üçün istifadə edə bilərsiniz. İnsanların Be My Eyes-ı ən çox nə üçün istifadə etdiklərinə dair nümunələr:
1. İtmiş və ya düşmüş əşyaları tapmaq
2. Şəkilləri, rəsmləri və digər sənət əsərlərini təsvir etmək
3. Rəngləri təsvir etmək və uyğunlaşdırmaq
4. Etiketləri oxumaq
5. Kompüterin problemlərini düzəltmək
6. Alış-veriş etmək
7. Ərzaq məhsullarının son istifadə tarixini öyrənmək
8. Özünü yeni mühitə öyrəşdirmək və ya yeni bir məkanda yolu tapmaq
9. Müxtəlif əşyaları fərqləndirmək
10. İctimai nəqliyyatın çatma və qalxma vaxtlarını öyrənmək
İxtisaslaşdırılmış Kömək, Be My Eyes tətbiqi daxilindəki platformdur. Bu özəllik, daha rahat və sürətli bir alternativ kimi biznesin müştəri dəstəyi üzrə agentlə ilə birbaşa ünsiyyət təklif edir. İxtisaslaşdırılmış Kömək zəngi, standart Be My Eyes zəngi kimidir, ancaq könüllü əvəzinə sizinlə şirkət nümayəndəsi arasında bağlantı qurular. Təlim görmüş nümayəndə, suallarınıza cavab verə bilər və ya problemlərinizi sürətli və təfsilatlı həll etmənizə kömək edə bilər. Həmişə olduğu kimi, yararlanmaq tamamilə ödənişsizdir.
İxtisaslaşdırılmış Yardım seçiminə əsas ekrandan müraciət edə bilərsiniz. "İxtisaslaşdırılmış Kömək" düyməsinə toxunmaq sizi bölgənizdəki mövcud şirkətlərin siyahısına aparar. Hər bir şirkət profili təqdim etdiyi xidmətləri, iş saatlarını və dəstəklənən dilləri ehtiva edir. Şirkət səhifəsindən, seçilən şirkətə birbaşa zəng edə bilərsiniz. Hal-hazırda, İxtisaslaşdırılmış Kömək Microsoft məhsulları və ya xidmətləri ilə kömək etmək üçün yalnız on iki ölkədə mövcuddur.
"İlk dəfə Be My Eyes-ı çox sadə bir şey üçün istifadə etdim. Və məncə bunun ən yaxşı tərəfi - onu gündəlik işlər üçün istifadə edə bilməyinizdir."
"Be My Eyes vasitəsilə həyatımda dəyişən ən önəmli şeylərdən biri budur ki, artıq görə bilən şəxs gələnə qədər gözləməyimə ehtiyac qalmır. Yəni, indi daha müstəqiləm və lazım olan məlumatı ehtiyacım olan vaxt əldə edirəm."
Əgər görmə məhdudiyyətli və ya zəif görən Be My Eyes istifadəçisinin köməyinizə ehtiyacı yaranarsa, telefonunuzda bildiriş alacaqsınız. Əgər sorğuya cavab verən ilk könüllü siz olsanız, sözügedən istifadəçi ilə aranızda bağlantı qurulacaq. Aranızda tək yönlü görüntülü bağlantı yaradılacaq, yəni görmə məhdudiyyətli və ya zəif görən istifadəçinin kameranı tutduğu yeri görə biləcəksiniz və ehtiyac olduğu halda onları yönləndirə biləcəksiniz.
Kömək etmək üçün gözdə-qulaqda olan çox sayda könüllümüz var, ona görə də göndərilən sorğuya cavab verən ilk şəxs siz olmaya bilərsiniz və günlük və ya həftəlik zənglər almaya bilərsiniz. Yerli saat qurşağına görə səhər 8-dən axşam 9-a qədər zəng alacaqsınız.
Əgər zəng gələndə məşğul olsanız, xahiş edirik narahat olmayın - başqa bir könüllü zəngə cavab verəcək. İkincisi isə, zənglərin gəlməsi üçün tətbiqin açıq olmağına ehtiyac yoxdur. Zənglər, Be My Eyes hesabınızla giriş etdiyiniz müddətdə gələcəkdir.
Görmə məhdudiyyətli və zəif görən istifadəçilərin, son istifadə tarixini öyrənmək, düşən əşyaları tapmaq və ya yeni bir məkanda yolu tapmaq kimi bir çox mövzularda köməyə ehtiyacı ola bilər.
"Be My Eyes vasitəsilə kömək etmək mənə çox təsir etdi. Birinə kömək etdikdə, özümü çox xoşbəxt hiss edirəm və hətta mənə hər gün həyatımdakı hər şey üçün şükr etməyim lazım olduğunu xatırladır. Be My Eyes-ı hər istifadə etdiyimdə və birinə hər kömək edə bildiyimdə daha çox xoşbəxt oluram."
"Bir şəxsə kömək edə bilmək - xüsusilə də, heç vaxt tanış olmadığım, olmayacağım və onların da məni tanımayacağı birinə kömək etmək, elə bir dəfə o anı yaşamaq, məni həqiqətən yaxşı hiss etdirir. Etdiyiniz şey sadəcə bu qədər sadədir, bu da o gün həmin şəxsin həyatını dəyişdirə bilərdi."
Be My Eyes haqqında daha çox öyrənmək istəyirsinizsə, Be My Eyes veb saytını ziyarət edin və ya bizimlə info@bemyeyes.com ünvanından əlaqə saxlayın.
Be My Eyes hekayəsi üzərində işləyirsiniz? Şirkət loqosunun, məhsullarının və ya komanda fotolarının yüksək ölçülü versiyasına ehtiyac var? Resurslarımızı nəzərdən keçirin.